Xankəndi Bakını dinləsin, özünüzü qurban verməyin – Erməni hərəkatının rəhbəri

 

“Şəxsi ambisiyaları naminə arutyunyanlar sizi (Qarabağ ermənilərini) və övladlarınızın gələcəyini qurban verməyə hazırdır”. 

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.

“Rəsmi Bakı inteqrasiya məsələlərinin həlli və infrastruktur layihələrinin həyata keçirilməsi üçün Qarabağ ermənilərinin nümayəndələrini iki dəfə görüşə dəvət edib. Lakin hər iki dəvət cavabsız qalıb. Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə müraciət edirəm. Əziz Qarabağ erməniləri! Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və ölkələr arasında sərhədlərin tanınması ilə bağlı çətin danışıqlar getdiyi bir vaxtda sizin və övladlarınızın gələcəyi mahiyyətcə həll olunur. Bununla belə, konstruktiv anlaşma əvəzinə, Arayik Arutyunyan, Samvel Babayan, Ruben Vardanyan və bu kimi arzuolunmaz ünsürlərin öz hərəkətləri və çağırışları ilə Qarabağda vəziyyəti daha da pozan təxribatçı hərəkətlərini görürük”, - deyə o bildirib.

Ağacanov deyib ki, Qarabağ ermənilərini tutub qorxudurlar, onlara Azərbaycan rəsmiləri və ölkə ictimaiyyəti ilə əlaqə saxlamağa, görüşməyə imkan vermirlər: “Arayik Arutyunyanın və bu kimi separatçıların məqsədi mümkün qədər “hakimiyyətdə” qalmaq, Ruben Vardanyan üçün – özünə siyasi karyera qurmaq, çılğın Samvel Babayan isə Qarabağ ermənilərini yenidən müharibə uçurumuna atmaqdır.  Şəxsi ambisiyaları naminə bu “fiqurlar” sizi və övladlarınızın gələcəyini qurban verməyə hazırdır. Azərbaycan sizə təhlükəsizliyə, sosial müdafiəyə və firavanlığa zəmanət verir!”

0.14272618293762