2 il əvvəl 680 min erməni seçici Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Ermənistanın səsi” qəzeti yazır.
Nəşrin yazdığına görə, 2021-ci ildə iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar seçkilərdə erməni seçicisi Paşinyan komandasına hakimiyyətdə qalmasına səs verməklə Qarabağın da Azərbaycanın tərkibində qalmasına səs vermiş olub.
Məqalədə Paşinyan komandasının üzvlərinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıqca bəyan edən fikirlərinə yer verilib:
“Vaaqn Aleksanyan: “3 milyon erməninin taleyi 120 mindən önəmlidir”. Vigen Xaçatryan: “Xalq bizdən Şuşanın azad edilməsini tələb etmir, xalq sülh istəyir!” Bununla da 20 iyun 2021-ci ildə 680 min seçici Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verib”.
Mürtəza
Demokratikmusavat.com