Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hər üç ölkənin baş nazir müavinləri səviyyəsində Moskvada baş tutan son danışıqlar prosesi 9 saat davam edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk regionda kommunikasiyaların açılması üzrə İşçi qrupun üçtərəfli iclasının nəticələrini şərh edərək deyib.
“Prinsipcə, mətn yüksək səviyyədə hazırlanıb. Sadəcə dəmiryolunun keçəcəyi yerlərlə və digər iki-üç msələ ilə bağlı uyğunsuzluq var ki, onlar da müzakirə olunmalıdır. Biz bunu səsləndirdik, yüklərin gömrük nəzarətinin necə həyata keçirilməsi barədə razılığa gəldik”, - Overçuk bildirib.
Onun sözlərinə görə, bu, adi dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.
O qeyd edib ki, bütün tərəflər dəmiryolunun tez bir zamanda işə salınmasının tərəfdarıdır.
Həmin yola nəzarət və təhlükəsizlik baxımından Rusiya Federasiyası FSB-nin mümkün iştirakı məsələsinə gəldikdə Overçuk deyib ki, bu, Ermənistandan asılıdır.