Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı aparıb.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
J.Borrel Fidanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional inkişaf perspektivləri müzakirə olunub.