“Slovakiya Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükünü dəstəkləyir”.
Bu barədə “Report”a Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Azərbaycan vacib təbii qaz istehsalçısı və digər Xəzəryanı ölkələrdən hasil edilən təbii qaz üçün potensial tranzit ölkə kimi qəbul edilir. Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet enerji layihələrindən biridir və təbii qazın Slovakiyaya tədarükü üçün bu sahədə əməkdaşlığın qurulması yollarını nəzərdən keçiririk”, - XİN-in bəyanatında qeyd edilib.
Bildirilib ki, Azərbaycan və Slovakiya enerji və nəqliyyat layihələri sahəsində Avropa İttifaqı üçün prioritet layihə olan Cənub Qaz Dəhlizi vasitəsilə əməkdaşlıq edə bilər:
“Nəqliyyat infrastrukturunun inkişafı iki ölkə arasında ticarət dövriyyəsinin artmasına yardım göstərə bilər”.