"Səyyar qəbul otağı" Şamaxı sakinlərinin ixtiyarında oldu

 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun Çuxuryurd kəndində baş tutub. "Demokratikmusavat.com"  xəbər verir ki, mikrofon önünə keçən Bünyad Bayramovun və Fərhad Cəlilovun müraciəti eyniyönümlü olub. Vətəndaşlar Çuxurdyurd kəndinin yeni yaşayış massivlərinin təbii qazla təmin edilməsini xahiş ediblər. Bundan əlavə, görüş zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının əvəzlənməsi və küçə qaz xəttinin çəkilişi ilə bağlı da müraciətlər ünvanlanıb. Daxil olan hər bir müraciət SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı məlumat verilib.

0.59970498085022