Paralel.az " xəbər verir ki, bunu İtaliyanın Mi ..."> Paralel.az " xəbər verir ki, bunu İtaliyanın Mi ...">

İtaliya səfiri: Azərbaycan sülhü seçib

 

“Azərbaycanın gələcəyi aydındır, bu ölkə sülhü seçib".

Demokratikmusavat.com xəbər verir ki, bunu İtaliyanın Milli Gününə həsr olunmuş tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri deyib.

Diplomat Respublika Gününün İtaliya xalqı üçün önəmini vurğulayıb.

"Mən, həmçinin, bu tədbiri Azərbaycan üçün xüsusi bir ildə, vətəninizin atası, İtaliya ilə çoxşaxəli əlaqələrin təşəbbüskarı olan Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir ildə təşkil etməkdən çox məmnunam.

Mən sizinlə İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi-ticari və akademik sahələrdə mütləq mükəmməllik səviyyəsinə çatmış və müşahidə olunan münasibətlərin keçmişi və ya bu günü haqqında danışmaq istəmirəm. Lakin vurğulamaq istərdim ki, bu ilin birinci yarısında İtaliyadan dörd dövlət xadiminin buraya səfəri Romanın Bakıya olan diqqətini nümayiş etdirir.

İtaliya Azərbaycana dərin hörmət bəsləyir, çünki o, hamını ruhlandırmalı olan sülh yolunu seçməklə yaxın keçmişin çətinliklərini, xüsusən də ümumi tariximizin belə bir çətin anında - Rusiya tərəfindən başlayan təcavüzkar müharibə nəticəsində təkcə bizim bu günümüzə deyil, daha çox sabahımıza aid olan, bizim və sizin sərhədlərinizdə böyüyən qeyri-sabitliyin və təhlükəli zonanın mövcud olduğu bir zamanda həll etməyə hazır olduğunu nümayiş etdirib. Prezident Mattarellanın bu yaxınlarda söylədiklərinə istinad edərək deyim ki, "Biz hamımız ərazi bütövlüyünün ümumi prinsipinə hörmətlə yanaşan ədalətli sülhün tezliklə əldə edilməsini öz öhdəmizə götürməliyik.

Azərbaycanın gələcəyi aydındır. O, bütün Asiya qitəsində o potensialını nümayiş etdirə bilən beynəlxalq şəbəkə olacaq və bu perspektivdə o, şəffaflığa, etibarlılığa və qarşılıqlı etimada əsaslanaraq işləyə bilən etibarlı tərəfdaş olaraq Avropada İtaliyaya arxalana bilər.

İtaliya təbii sərvətlərinizin əsas alıcısı olması ilə yanaşı, həm də Avropa İttifaqı ilə münasibətlərin güclənməsi fonunda misal olaraq, enerji keçidindən başlayaraq strateji əməkdaşlıq və texnoloji təcrübə baxımından verəcǝyi çox şeyə malikdir. Bunu imzalanmış son sazişlər, həmçinin TAP-ın müsbət təcrübəsi aydın şəkildə nümayiş etdirir ki, bu da bizim tərəfdaşlığımızın potensialının və perspektivlərinin asl sübutunun bariz nümunəsidir.

Buna görə də, İtaliya hökuməti bizim münasibətlərimizin gələcəyinə xüsusi diqqət yetirir ki, bu da gələn ilin payızında Bakıda keçiriləcək növbəti birgə komissiya zamanı ümumi siyasi gündəliyimiz çərçivəsində muzakirələr etmək imkanı yaradacaq. İcazə verin, bu münasibətlə Romanın Expo 2030-a namizədliyini də xatırladım. Bu baxımdan arzu edirəm ki, Bakı səsvermə zamanı öz dəstəyini təmin edə biləcək.

Sonda, mədəniyyət sahəsinə toxunmaq istərdim. İtaliya bir çox başqa ölkələrlə müqayisədə kiçik bir ölkədir. Onun səthi dünya səthinin yalnız 0,50%-ni təşkil edir. İtaliyada dünya əhalisinin yalnız 0,83%-i yaşayır, lakin, eyni zamanda, İtaliyada dünya mədəni irsinin 70%-i mövcuddur. Bu o deməkdir ki, bizim üçün gözəllik, harmoniya anlayışı hayat tərzimizin və DNT-mizin ayrılmaz hissəsidir. Bu, bizim gücümüzdür, italyan ruhunun əsl səciyyəvi cəhətidir ki, Azərbaycanda yaxşı başa düşülür və bu da şəhərin gözəlliyi va sakinlərinin qonaqpərvərliyi ilə nümayiş olunur.

Mədəniyyət yayılmalı və paylaşılmalı olan universal bir dəyərdir. Bu, biz italyanlara görə həmişə dialoq üçün effektiv bir vasitə olub".

Səfir çıxışının sonunda iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə inamını vurğulayıb.(APA)

0.15290284156799