ABŞ-də məzuniyyət mərasimində silahlı atışma: ölən və yaralananlar var

 

ABŞ-nin Virciniya ştatının Riçmond şəhərində orta məktəbdə buraxılış mərasimi zamanı atışma baş verib. 

Demokratikmusavat.com “Posta” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb, 2 nəfər həyatını itirib.

Polisin rəsmi məlumatına görə isə ən azı 12 nəfər yaralanıb. 

Polis həlak olanların 18 yaşlı məzun və onun 36 yaşlı atası olduğunu bildirib. Onların kimliyi hələlik açıqlanmayıb. 

Riçmond ştatının müvəqqəti polis rəisi Rik Edvards bildirib ki, 19 yaşlı şübhəli nəzarətə götürülüb. Bundan əlavə, polis şübhəlinin qurbanlardan ən azı birini tanıdığına inanır.

Silahlı hücumların getdikcə çoxaldığı ölkədə bu hücumdan sonra islahat çağırışları başlanıb.

ABŞ Nümayəndəsi "silah zorakılığı epidemiyası həll etməli olduğumuz ictimai sağlamlıq böhranıdır", deyə söyləyib. 

“Biz qorxu içində yaşamağa davam edə bilmərik. Biz silah zorakılığının əsas səbəblərini həll etməliyik və icmalarımızı qoruyan sağlam silah təhlükəsizliyi siyasətlərini keçməliyik”, - o bildirib.

Günay

0.16811800003052