Paşinyanın oğlu daha bir hücumun qurbanı oldu

 

Bu günlərdə Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyana qarşı daha bir hücum hadisəsi qeydə alınıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazır.

Məlumata görə, metronun “Zoravar Andranik” stansiyasında bir nəfər kiçik Paşinyanın yanına qaçaraq onun üzünə şillə vurub. 

Polis xuliqanı saxlayaraq naməlum istiqamətə aparıb.

Bildirilir ki, Aşot Paşinyanın yanında iki qızın olub.

Xatırladaq ki, bir müddət əvvəl A.Paşinyan "adam oğurluğu" hadisəsi ilə gündəmə gəlmişdi.

0.16621994972229