Məşhur müğənni İsraildə saxlanıldı: 23 yaşı tamam olacaq, amma o...

 

“We” qrupunun keçmiş vokalçısı, İsrail vətəndaşı olan Eva Qurari vətənində saxlanılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Mash "Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb qızın Rusiyada çağırış komissiyasından gizlənməsi ola bilər.

Qeyd olunur ki, İsrail qanunlarına görə, qızlar da 20 yaşına qədər məcburi hərbi xidmət (24 ay) keçirlər. Qurari 16 yaşında İsrail vətəndaşı olub. Tezliklə 23 yaşı tamam olacaq və 18 yaşından Moskvada yaşayırdı.

Qız İsrailə valideynlərini ziyarət etmək üçün gəlib. Lakin o, hava limanında saxlanılıb. "Mash" əlavə edib ki, Qurari üç gün əvvəl əlləri qandallı bir video yerləşdirib, lakin o vaxtdan bəri ünsiyyəti dayandırıb.(publika)

0.13803601264954