Ötən gün maşın vuran məşhur vəkil Şəfiqə Nağıyevanın səhhəti qaydasındadır.
Bu barədə Demokratikmusavat.com -a açıqlamasında onun oğlu Samir Nağıyev deyib. Hadisənin necə baş verməsi barədə məlumatlı olmadığını deyən S.Nağıyev bildirib ki, anası ötən gün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, ötən gün Ş.Nağıyeva aparıcı Tarix Əliyevin (Tolik) ad günündən çıxarkən yolu keçmək istəyərkən onu maşın vurmuş, Ş.Nağıyeva hospitala aparılmışdı.
Billurə