“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edildi

 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 15.10-cu maddə əlavə edilir:
“Notarius bu Qanunun 15.9-cu maddəsində qeyd edilən məlumatlarla yanaşı, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sorğu əsasında əldə edir”.

Bundan başqa, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında verilməsi ilə bağlı hissədə dəyişiklik edilib. Qanunun bu hissəsində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa” hissəsi çıxarılıb. 

0.15432906150818