Tiflisin mərkəzində atışma - VİDEO

 

Tiflisin mərkəzi Mosaşvili küçəsində yerləşən kafelərdən birində baş verən silahlı atışma nəticəsində bir nəfər yaralanıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanalı” məlumat yayıb.

Belə ki, kafeyə daxil olan həmin şəxs 1997-cü il təvəllüdlü kişiyə bir neçə dəfə atəş açıb.

Konfliktin səbəbi açıqlanmır, hadisəni törədən şəxs ərazidən qaçıb.

Polis faktla bağlı “Qəsdən adam öldürməyə cəhd”, “Qanunsuz silah əldə etmə, saxlama və daşıma” maddələri ilə cinayət işi açıb.

0.16496396064758