Putin Azərbaycan-Aİİ münasibətlərindən danışdı

 

Azərbaycanla Avrasiya İqtisadi İttifaqının (Aİİ) bütün üzv ölkələri arasında münasibətlərin səviyyəsi ciddi və dərindir.

Demokratikmusavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Görüşdə çıxış edən Vladimir Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Azərbaycanla qarşılıqlı fəaliyyətini çox perspektivli hesab etdiyini söyləyib

Rusiya dövlətinin başçısı azərbaycanlı həmkarına bu görüşdə iştirakına görə təşəkkür edib.

Putinin sözlərinə görə, sammitdə qonaq qismində iştirak edən İlham Əliyevin formal statusu çox şərtidir, çünki Azərbaycanla Aİİ-nin bütün üzv ölkələri arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi və dərindir, ticarət-iqtisadi əlaqələr inkişaf edir:

“Mən çox istərdim ki, bu, gələcəkdə də davam etsin, xüsusən ona görə ki, regional əməkdaşlıq potensialı çox yüksəkdir”, - deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, bərabərlik prinsipləri əsasında, bir-birinin maraqlarını nəzərə alaraq və müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə uyğun olaraq mütərəqqi inkişaf edir: "Biz hamımız buna çox şadıq”, - deyə Putin əlavə edib.

0.16285109519958