Ölkənin həmkarlar təşkilatları kimə xidmət edir?

 

AHİK hökumətin xeyir-duası ilə parazit həyat sürür

 “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir ölkə vətəndaşı əmək fəaliyyətinə başladığı idarə, müəssisədə həmkarlar təşkilatına ərizə ilə müraciət edə və həmkarlar təşkilatının üzvü ola bilər. Həmkarlar təşkilatına üzvlük könüllüdür. Heç kim təşkilatın üzvlüyünə məcbur edilə bilməz. Amma araşdırmalar təsdiq edir ki, ölkəmizdə fəaliyyət göstərən həmkarlar təşkilatlarında real vəziyyət tam başqadır. İşləyən insanların əksəriyyəti həmkarlar təşkilatına ərizə verib, üzv olmadan, yəni ərizə ilə  həmkarlar təşkilatına üzv olmadığı halda, nizamnamənin tələbinə zidd olaraq, hər ay, çalışdığı sahədən asılı olaraq, 1-5 faiz pulu tutulur və idarənin həmkarlar təşkilatının hesabına köçürülür.  Ştatı olmayan ilk həmkarlar təşkilatları da hesabına köçürülmüş pulu sahə üzrə yuxarı həmkarlar təşkilatına hesabına köçürür. Ştatlı həmkarlar təşkilatları topladığı üzvlük haqqının yalnız 40 faizini əmək haqqına xərcləyə bilər. Bundan əlavə, ştatı olan hər bir ilk təşkilat hesabına daxil olan pulun 40 faizini sahə üzrə hər ay yuxarı təşkilatın hesabına köçürür.

Araşdırmamız göstərir ki, yuxarı sahə və rayon həmkarlar təşkilatlarının sədrləri olmayan təşkilat üzvlərinin, işə götürdükləri, lakin işləməyən ailə üzvlərinin, yaxın qohumlarının adına yazılan əmək haqqını və mükafatları onların adına olan, seyfdə saxladıqları kart vasitəsilə hər ay mənimsəyirlər. Sual yaranır, rayon prokurorları həmkarlar təşkilatlarında baş alıb gedən bu mənimsəmə cinayətlərinə niyə göz yumurlar? Bəlkə, bu sahədə baş verən cinayət xarakterli əməllərdən xəbərləri yoxdur? Adını çəkmək istəmədiyimiz rayon prokurorlarının birindən soruşduq ki, rayonda faəliyyət göstərən həmkarlar təşkilatlarında mütəmadi baş verən çirkin işlərə qarşı niyə mübarizə aparmırsınız, duruxdu, cavab verə bilmədi. Çünki xalq bilir ki, rüşvətxor məmurlar həmkarlar təşkilatlarına arxa bağça kimi baxır.

Məsələn, rayonların təhsil şöbələrinin mühasibbatlığı hər ay təhsildə çalışan işçilərdən “dinmə ver” vergisi kimi, tutulan 30-50 min manat civarında üzvlük haqqını rayon Təhsil İşçiləri Həmkarlar Təşkilatının hesabına köçürür. Rayon Təhsil İşçiləri Həmkarlar Təşkilatlarının sədrləri də təşkilatın hesabına daxil olan pulun 40 faizini Azərbaycan Təhsil İşçiləri Həmkarlar Təşkilatının hesabına köçürür. Maliyyə və Təhsil Nazirliyindən aldığımız məlumata görə, hər ay respublikanın təhsil sahəsində çalışan müəllim və digər işçilərə yüz milyonlarla əmək haqqı verilir. Bu məbləğin bu pulun fazi on milyonlarla manat edir. Bu rəqəmi ilin 12 ayına vuranda astoronomik rəqəm alınır. Araşdırmalar nəticəsində məlum olur ki, il ərzində təhsil işçilərinin nizamnamə ilə üzərinə götürdüyü əmək və istirahət hüququnu təmin etməyən həmkarlar təşkilatına insanlar əmək haqqının 1-5 arası faizini nə üçün verməidir?!

Araşdırmalarımız davam edir. Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən həmkarlar təşkilatları üzvlərinin sanatoriya-kurort müalicəsi üçün yollayışları rüşvətlə alırlar. Məsələn, sorğuladığımız ehtiyacı olan insanlar dedilər ki, “Bilgəh” sanatoriyasına yaz, yay, payız aylarında yollayış almağa üçün gərək, “Həsən ağa”nın qohumlarından ya da, şefin yelilərindən olasan! “Günəşli”, “Abşeron”, “Naftalan” və digər sanatoriyalarda da eyni vəziyyətdir. Ona görə də, ölkə əhalisi, xüsusən həyatını vətən, torpaq üçün qurban vermiş şəhid ailələr, qazilər, müharibə veteranları aclıq və səfalət içərisində yaşayır, amma Azərbaycanda heç bir əziyyət, zəhmət çəkmədən milyonlara sahib olan, Sahə Həmkarlar Təşkilatlarının sədrləri və çoxsaylı əməkdaşları zəngin həyat yaşayır, vaxtlarının çoxunu keyfə sərf edir və ərəb şeyxlərinin həyat tərzini yaşayırlar.

Araşdırmamız davam edir. Bizi izləyin.

 Mirdaməd

0.50848984718323