Rusiyanın nüvə silahları Belarusda saxlanılacaq - Sənəd imzalandı

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb. 

Demokratikmusavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb", - deyə məlumatda qeyd edilib.

Belarusun müdafiə naziri açıqlamasında Qərbin Rusiya və Belarusa “görünməmiş təzyiq” göstərdiyini bildirib:

“Qərb ölkələrimizin milli təhlükəsizliyini təmin etmək məqsədilə həm Belarus Respublikasına, həm də Rusiya Federasiyasına bütün sahələrdə misli görünməmiş təzyiqlər edir. Bu şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəlikləri gücləndirməklə və ikitərəfli qarşılıqlı fəaliyyəti dərinləşdirməkdə maraqlıdır”.

Billurə

 

0.16880512237549