Sinan Oğan qərarını bu gün açıqlayacaq - FOTO

 

ATA İttifaqının namizədi Sinan Oğan 28 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyi ilə bağlı qərarını günün ikinci yarısından sonra açıqlayacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Sinan Oğan özü sosial mediada paylaşım edib.

Paylaşımda deyilir: “Prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi saat 17.00-da təşkil edəcəyimiz mətbuat konfransı ilə açıqlayacağıq.  Məsləhətləşmələrimiz  yekunlaşmaqdadır. Görüşlər, müzakirələr yekunlaşdıqdan sonra qərarımızı dəqiqləşdirib türk millətinin sevimli övladları ilə paylaşacağıq. Qərarımızın heç bir motivə əsaslanmadığını, türk millətinin gələcəyinin, ölkəmizin birlik və bütövlüyünün, sabitliyinin önəmli olacağının, məsələlərə fərqli gözləntilərlə deyil, amma prinsiplər əsasında bilinməsini istəyirik”.
Mürtəza
Demokratikmusavat.com

0.14821481704712