Sinan Oğan şərtlərini açıqladı

 

Türkiyə Prezident seçkilərində “ATA” ittifaqının namizədi Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə, o, “Az önce konuştum” adlı verilişdə danışıb.

S. Oğan, onun tərəfdarlarının namizədlərdən birini dəstəkləməsi üçün təməl şərtlərinin qarşılanmasının vacib olduğunu qeyd edib. Bunlar arasında terrorla mübarizə, milliyətçiliyə sadiqlik və suriyalı miqrantların geri göndərilməsi kimi məsələlər var.

Bundan əlavə, siyasətçi dəstəkləyəcəyi namizədin seçkiləri qazandığı halda hökümətdə yer ala biləcəyini də vurğulayıb.

0.15309906005859