ABŞ Ermənistan və Azərbaycan liderlərini silahlı qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırır.
Demokratikmusavat.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.
“Zorakılıq Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi irəliləyişə xələl gətirir. Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüsseldə görüş zamanı qoşunlarını sərhəddən geri çəkməyə razılaşmağa çağırırıq”, - Vedant Patel bildirib.