Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı, xanım Mehriban Əliyevaya;
Surəti: Azərbaycan Respublikasını Baş Naziri cənab Əli Əsədova;
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya;
Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korupsiyaya ilə Mübarizə komissiyasının sədri) cənab Samir Rafiq Oğlu Nuriyevə;
Surəti: Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova;
Sürəti: Azərbaycan Respublikasının Baş prokuroru Cənab Kamran Əliyevə;
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri Cənab Mikayıl Cabbarova;
Surəti: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili xanlm Səbinə Əliyevaya;
Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova;
Surəti: Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının rəhbərliyinə;
Surəti: Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis cənab Orxan Nuriyevə;
Surəti: Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Gömrük Generalı cənab İsmayıl Hüseynova.
Hörmətli cənab Prezident,
Bildirmək istəyirəm ki, bu bizim say hesabı ilə 11-ci müraciətimiz olmasına baxmayaraq bu günkü günə kimi Çin Xalq Respublikasından 05.12.2022 tarixli GV700 saylı invoysla idxal etdiyimiz və 14.03.2023-cü il tarixindən etibarən 01231000091678 saylı bəyannamə üzrə rəsmiləşdirilmə zamanı məmur özbaşnalığı, bürokratik əngəllər eyni zamanda sahibkardan qanunsuz hesablamalar nəticəsində artıq ödəmələr tələbləri ilə üzləşdiyimiz zamandan mallarımız bu dəqiqəyə kimi Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılması davam etməsinə baxmayaraq hətta məni istintaqla qorxudur və şikayət etməkdən əl çəkməyimə çağırırlar.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov, Nazim Məmmədli, Aqil və Nurlan adlı əməkdaşları həmçinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi bizim “GÜVƏN 2012”MMC-lə bağlı eyni zamanda şəxsən mənimlə Ramil Aslanovla məsələni qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasına imkan verməyərək maneəçilik törədirlər.
Maraqlısı budur ki, aprel ayının 3-dən bu günədək Respublika Gömrük Orqanlarına etdiyim müraciətlərə heç bir rəsmi cavab verilməmişdir ki, bununlada müvafiq qanunvericiliyin tələbləri gobud şəkildə pozulmuşdur. Qanunvericiliyin tələblərinə bu cür biganə yanaşmaların, saymamazlıqın səbəbi mənə bəlli deyil.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun dəstəsi olan Aqil, Nurlan və Nazim adlı şəxlər tərəfindən süni maneəçiliklər yaradılmaqla heç bir qanuni əsas olmadan ölkə qanunvericiliyinin və Beynəlxalq hüquq normalarının bütün müddəalarının pozulması ilə mənasız mübarizə aparmaqdadırlar. Bilə-bilə ki, mən haqlıyam. Sadəcə fərq ondadır ki, onlar çox mən isə təkəm. Beləliklə öz vəzifə səlahiyyətlərini aşmış, vəzifə səlahiyyətlərindən sui istifadə etmiş bir qurup məmur Dövlət resurslarının düzgün istifadə edilməsi metod və prinsiplərini pozaraq şəxsi anbisiyalarını Dövlətin mənafeyindən daha üstün tuturlar.
Belə ki, bizim “GÜVƏN 2012”MMC-ilə bağlı gömrük rəsmiləşdirilməsinin aparılması əvəzinə şəxsi prinsiplərini irəli sürürlər hətta gömrük qanunvericiliyinin 8.0.29-cu maddəsində göstərilənləri yəni (malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq) əvəzinə məni ekspertiza rəyləri, qanunsuz təhqiqat , istintaq subyekləri ilə təhdid edirlər və qanuni mövqeyimdən çəkinməyə vadar edirlər. Bizim hazırda işləyən beynəlxalq zəncirimiz pozulmaq üzrədir.
Hörmətli Cənab Prezident,
Bir daha gömrük orqan işçilərininin nəzərinə çatdırıram ki, gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməlidir. Mən “GÜVƏN 2012”MMC-ilə bağlı məsələdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.5 maddəsində göstərilmişdi ki, (bəyan olunan mallara gömrük ödənişlərinin tədbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomeklanturasına uyğun kodu əsas götürülür) bu səbəbdən də bizim 01231000091678 saylı bəyannamə üzrə rəsmiləşdirilmə müvafiq qanunvericiliyə uyğun yerinə yetirilməsi barədə Respublika Gömrük Komitəsinin rəhbərlərinə və aidiyyatı vəzifəli şəxslərə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Ümüd edirəm ki, bu ilin aprel ayının 3-dən bu yana etdiyim müraciətlərə nəhayət ki , rəsmi cavab veriləcək və bizim “GÜVƏN 2012”MMC-yə aid olan məsələ öz həllini tapacaq, ədalət öz yerini tutacaq və mənim hüquqlarım bərpa olunacaqdır.
Hörmətlə, “GÜVƏN 2012”MMC-nin Direktoru Ramil Aslanov