Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla mayın 19-da Rusiyanın ev sahibliyi ilə Moskvada görüşəcək.
Demokratikmusavat.com xəbər verir ki, bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan verib.
Badalyan qeyd edib ki, iki nazir sülh sazişi üzrə danışıqları davam etdirəcək.
Qeyd edək ki, martın 1-4-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.