Putin Heydər Əliyevə böyük hörmət bəsləyirdi - Peskov

 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun bilik səviyyəsini yüksək qiymətləndirib. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “NEWS.ru” nəşrinə müsahibəsində deyib.

“Prezident Putinin Heydər Əliyev ilə çox səmimi münasibətləri var idi. O, həqiqətən Heydər Əliyevə böyük hörmət bəsləyirdi. Onlar dəfələrlə ünsiyyətdə olublar. Hazırkı Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəm təməli də məhz həmin vaxt qoyulub.

Prezident bu cür münasibətləri İlham Heydər oğlu ilə də davam etdirir. İndi mövcud olanların təməli artıq o vaxt qoyulurdu. Əlbəttə, ortaq tariximizdə, Sovet İttifaqı tarixində Heydər Əliyevin rolunu qiymətləndirmək olduqca çətindir. Bu rol həqiqətən böyükdür”, - deyə Peskov qeyd edib. 

0.17596316337585