"Uşağa qarşı şiddət, zorakılıq və qətl eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm".
Demokratikmusavat.com xəbər verir ki, bunu rəqqasə-aktrisa Oksana Rəsulova 7 yaşlı Fərid Bakarovun ölümü ilə bağlı fikirlərini bildirərkən deyib.
Oksana videoya baxarkən pis olduğunu bu sözlərlə ifadə edib:
"Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu, yoxdur. Onu Allaha tapşırıram. Ya rəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi. Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram".