Washington Post: Baydenin qlobal gündəliyi böyük problemlərlə üzləşir

 

“ABŞ əsas ölkələrin Rusiyaya qarşı Vaşinqtonu dəstəkləmədiyini görür”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Cozef Baydenin qlobal gündəliyi böyük problemlərlə üzləşir, çünki inkişaf etməkdə olan ölkələr artan ABŞ-Rusiya-Çin rəqabətindən geri çəkilməyə çalışırlar və bəzi hallarda bu rəqabətdən öz üstünlükləri üçün istifadə edirlər.

Vurğulanıb ki, siyahıda ilk pillələrdə Braziliya, Misir və Hindistan qərarlaşıb.

Bundan əvvəl Şanxaydakı Fudan Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Çjan Veyvey Çoxqütblü Ümumdünya Onlayn Konfransında ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının və dolların silahlanmasının birqütblü iqtisadi nizama sarsıdıcı zərbə vurduğunu bildirib.

0.29569292068481