Tərtərdə minaya düşərək həlak olanların nəşi ailələrinə təhvil verilib

 

Ötən gün Tərtər rayonunun işğaldan azad edilən Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində minaya düşərək həlak olanların nəşi ailələrinə təhvil verilib.

"Report"un məlumatına görə, onlar bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 28-də tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Hadisə nəticəsində həlak olmuş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları olub.

Faktla bağlı cinayət işi başlanıb.

0.16620993614197