Sevastopolda neft anbarı pilotsuz təyyarənin hücumundan sonra yanıb - VİDEO

 

Sevastopolda neft anbarı Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumundan sonra yanıb.

"Demokratikmusavat.com" bunu xarici mediaya istinadən xəbər verir.
Belə ki, Sevastopol qubernatoru Mixail Razvozhayev öz Telegram kanalında bildirib ki, Kazak körfəzində Manqanari Qardaşlar küçəsi yaxınlığında yanacaq çəni yanıb.

Onun sözlərinə görə, yanğına pilotsuz təyyarənin vurulması səbəb olub.

“Bütün zəruri xüsusi xidmət orqanları yerində işləyir.Yanğının sahəsi təxminən 1000 kvadratmetrdir, yanğın 4-cü dərəcəli təyin edilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - deyə Razvojayev bildirib.

“İzvestiya” qəzeti yazır ki, neft bazasına Ukrayna silahlı qüvvələrinin pilotsuz uçan aparatı tərəfindən hücum edilib.

Daha ətraflı videoda:

Şahnaz 

 

 

 
 
 
 
0.15482401847839