Laçındakı keçid məntəqəsi beynəlxalq diplomatiya prizmasında - VİDEO

 

Rəsmi Bakının tam haqlı olduğu bir şəraitdə Azərbaycanın Ermənistanla sərhəddə keçid məntəqəsi qurmasına dünya dövlətlərinin reaksiyasını, heç şübhəsiz, onların acı həb qəbul etməsi adlandırmaq olar.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan süjetində danışılıb.

Kadrlarda Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat xatırladılıb.

Sənəddə deyilir:

“Aprelin 23-də hadisələrin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının əsas müddəalarının pozulmasına yönəlmiş istənilən birtərəfli addımın qəbuledilməz olduğunu qeyd edirik”.

Maraqlıdır ki, sənəd Üçtərəfli Bəyanatın əsas müddəalarını “pozan” ölkə göstərilmədən neytral şəkildə tərtib edilib. Bu, təbii ki, heç bir tərəflə qarşıdurmaya girmədən Moskvanın “xüsusi mövqeyini” vurğulamaq üçün belə olub.

Bununla belə, qeyd etmək lazımdır ki, Üçtərəfli Bəyanat Azərbaycana öz suveren ərazisində nəzarət-buraxılış məntəqələri yaratmağı qadağan etmir. Bu sənədi yalnız Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü nəzərə alınmaqla şərh etmək olar.

Daha ətraflı “Caliber”in süjetində:

 

0.13696694374084