"Qarabağ" İspaniya klubunun hücumçusuna 1 milyon avro təklif etdi

 

Premyer Liqanı birinci yerdə başa vurmağa yaxın olan "Qarabağ" Çempionlar Liqasına hazırlıq görür.

Qurban Qurbanov qitənin ən mötəbər klub turnirinə yeni hücumçu ilə getmək istəyir.

Ağdam təmsilçisi bu yöndə fəaliyyətini gücləndirib. "Köhlən atlar" İspaniyada çıxış edən forvarda rəsmi təklif göndərib.

Həmin ön xətt oyunçusunun adı açıqlanmır, sadəcə, o, Sequndada forma geyinir.

Azərbaycan çempionatının son qalibi maraq dairəsinə düşən hücumçunun transferi üçün onun məxsus olduğu kluba öz şərtlərini irəli sürüb.

 "Qarabağ" bu keçidin gerçəkləşməsi naminə 1 milyon avro təzminat ödəməyə hazırdır.

0.13494896888733