XİN rəhbəri: Ermənistan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxır

 

Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmayıb.

Bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı zamanı bildirib.

Nazir, Ermənistanın Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib.

Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.

0.16747999191284