Bakıda metro stansiyalarının sayını 100-ə çatdırmaq lazımdır - Deputat

 

Bakı şəhərində sıxlıqla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, dövlət rəsmilərinin diqqətinə çatdıracağım digər mühüm bir məsələ var: “Bu da  ondan ibarətdir ki, bu günlərdə bizim hörmətli həmkarımız Fazil Mustafaya qarşı təşkil olunmuş xarici dövlətlərin, xüsusilə də İran xüsusi xidmət orqanları ilə işbirliyində olan cinayətkar dəstənin üzvləri ifşa olundu və Daxili İşlər Nazirliyinin əməkdaşları yüksək peşəkarlıqla bu cinayətin üstünü qısa müddətdə açdılar”. 

Onun sözlərinə görə, Bakı şəhərində təhlükəsizlik kameralarıın sayının artırılmasına çox ciddi ehtiyac var.

Rəqəmlərə istinad edən deputat Londonu missal çəkərək deyib ki, orada 9 milyon 425 min insan yaşayır, amma hökumət tərəfindən 442 562 təhlükəsizlik kameraları quraşdırılıb: “Bu hər 10 nəfərə bir təhlükəsizlik kamerası deməkdir. Burada fiziki və hüquqi şəxslər tərəfindən quraşdırılan təhlükəsizlik kameralarının, yəni ictimai təhlükəsizlik kameralarını da nəzərə alınmaqla Londonda 4 milyon 441 min təhlükəsizlik kamerası mövcuddur. Bu isə təqribən hər iki nəfərə bir təhlükəsizlik kamerası deməkdir. Məsələn, metro stansiyalarında 15576, nəqliyyatda 63449 və s. Bunu ona görə söyləyirəm ki, təhlükəsizlik kamerası cinayətkarların ifşa olunmasında böyük rol oynayır. Həm də onun çox böyük xəbərdaredici əhəmiyyəti var. İnsanları cinayət törətməkdən çəkindirir. Mən vaxtilə Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunanda da dedim ki, bütün yaşayış binalarında təhlükəsizlik kameralarının quraşdırılmasını həmin tikinti şirkətlərinin öz ixtiyarına buraxmaq lazımdır. Nəqliyyatdan söz düşmüşkən, Bakı şəhərində çox ciddi sıxlıq var. Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metro stansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investorları bu işə cəlb etmək olar”.

Mürtəza
Demokratikmusavat.com

0.14815592765808