"Allah hər bir ölkəyə Ərdöğan kimi lider nəsib etsin” - Fransa mediası

 

Diqqəti mayın 14-də prezident seçkisinin keçiriləcəyi Türkiyədədir.

Demokratikmusavat.com xəbər verir ki, Fransanın rəsmi AFP agentliyi seçkini “Osmanlıdan sonra ən mühüm seçki” adlandıraraq, zəlzələ bölgəsində Prezident Rəcəb Tayyib Ərdoğana inamın yeniləndiyini yazıb.

Fransız agentliyinin “Seçki öncəsi Ərdoğanın qalasında zəlzələ qəzəbi sakitləşdi” adlı məqaləsində bölgədən olan sakinlərin fikirlərinə yer verilib.

Zəlzələ bölgəsində yaşayan Lətif Dalyan adlı şəxs AFP-yə deyib:
“Bu ölkəni ayağa qaldıra biləcək bir adam varsa, o da Rəcəb Tayyib Ərdoğandır. Allah hər bir ölkəyə onun kimi lider nəsib etsin”.

Məqalədə zəlzələ bölgəsində Ərdoğana qəzəbin inamla əvəz olunduğu deyilib.

“Gələn ay keçiriləcək prezident və parlament seçkiləri, Türkiyənin Osmanlıdan sonrakı tarixində ən mühüm seçki kimi qiymətləndirilir”, - AFP qeyd edib.

Agentliyə danışan Yasəmin Tabak təbii fəlakətdən sonra Kahramanmaraşa qayıtmaqdan şikayəti olmadığını söyləyərək, Ərdoğanın dağılan evləri bir il ərzində bərpa edəcəyinə söz verdiyini xatırladır və əlavə edir:

“Xalqımız bir az səbirli olmalıdır”. Çadır qonşusu Ayşe Ak “Allah dövlətimizi qorusun” deyir.

“Əl-Cəzirə” telekanlı AFP-nin məqaləsini “Türkiyədə zəlzələ qurbanları Ərdoğana inam yeniləyir” başlığı ilə işıqlandırıb.

0.17742705345154