“Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. 44 günlük Qarabağ savaşında Şimali Kiprin ürəyi Azərbaycanla döyündü. Əldı etdiyiniz qələbə bizim də qələbə sayılır. Çünki biz bir-birimizə hər zaman daya olmuşuq. Türkiyədən sonra Şimali Kiprə ən böyük dəstəyi verən Azərbaycandır”
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Sehran Aktunc Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında sıx dil, mədəniyyət bağlılığının olmasına baxmayaraq, ikitərəfli münasibətlərimiz günün reallığına cavab vermir. “Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”- o qeyd edib.
Aktunç əlavə edib ki, Şimali Kiprin iqtisadiyyatının əsasını turizm və təhsil təşkil edir.
“Əməkdaşlıq imkanları geniş olsa da, lakin bu sahdə Azərbaycanla əməkdaşlığımız reallığın tələblərinə cavab vermir. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir”, -deyə o bildirib.
Müşavir onu da vurğulayıb ki, son dövrlərdə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlər yenidən inkişaf mərhələsinə qədəm qoyub.
“Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır. Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Hesabedirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur” -, deyə o qeyd edib.
Mürtəza
Demokratikmusavat.com