Britaniya səfiri Ombudsman Səbinə Əliyeva ilə görüşüb

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, səfir bununla bağlı “Tvitter”də paylaşım edib.

“Ombudsman Səbinə Əliyeva ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivlərindən də, danışmaq imkanımız oldu”, - səfir deyib.

0.1435399055481