“Məqsədləri dövlətçiliymizə zərbə vurub, məhv etməkdir" -  AÇIQLAMA

 

İslam pərdəsi altında gizlənən İran bu gün təkcə Azərbaycana deyil, ümumiyyətlə, dünyada yaşayan iki milyarda yaxın müsəlman aləmində ciddi problemlər yaradır.

BunuDemokratikmusavat.coma açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O, təəssüflə bildirib ki, Azərbaycan müstəqillik qazandığı ilk illərdən İranla apardığı iki və çoxtərəfli əməkdaşlıqda qonşu ölkədən qeyri-səmimilik, son illərdə isə riyakarlıq, hətta düşmən mövqeyin şahidi olmuşuq. 

“44 günlük Vətən müharibəsi zamanı İran özünün ikiüzlü və ölkəmizə qarşı tam düşmən mövqeyi ilə təcavüzkar Ermənistanın yanında oldu. Bir müsəlman ölkəi olaraq  həmrəylik göstərib, Azərbaycanın yanında olmaq əvəzinə, İranın ölkəmizə qarşı sərhədlərimizdə təhdid xarakterli hərbi təlimlərdən tutmuş terror aktları törədilməsinədək hər cürə pislikləri etdi”, - o qeyd edib.

Deputat əlavə edib ki, dəfələrlə törətmək istədikləri əməliyyatları ifşa olunsa da, bu çirkin əməliyyatları davam etdirməkdədirlər: “Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində dəfələrlə fars-molla rejiminə xidmət edən casus şəbəkələri ifşa olunsa da, İran ölkəmizdə və bölgəmizdə sabitliyi pozaraq xaos yaratmaq niyyətindən əl çəkmir ki, çəkmir. 

Son aylarda ardıcıl həyata keçirilən əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanlarına casusluq edən agentlər saxlanılaraq ifşa edilib, edilir və bu proses davam etməkdədir. İstintaq zamanı məlum olur ki, həmin şəxslər ölkəmizdə kök salmış İranın casus şəbəkələrinin xüsusi xidmət orqanlarının tapşırığı ilə fəaliyyət göstərirlər. Bu agentlər bir neçə istiqamətdə Azərbaycana qarşı fərqli təxribat törətməyə çalışırlar.

Bu molla rejimi anlamır ki, Azərbaycan müzəffər bir xalqdır. Onun Müzəffər Ali Baş Komandanı və qalib Ordusu var. Azərbaycanla heç bir diktə dili ilə danışa bilməz”.

O əlavə edib ki, aparılan kəşfiyyat araşdırmaları nticəsində rəsmi Tehran rejiminin Azərbaycanda casus şəbəkələrini genişləndirmək üçün külli miqdarda vəsait xərcləyib: “Məqsəd agent şəbəkəsi vasitəsilə öz çirkin və məkrli niyyətlərini həyata keçirmək, ölkədə qarışıqlıq, dini zəmində münaqişələr yaratmaqdır, dövlətçiliymizə zərbə vurub, məhv etməkdir. İranın ölkəmizə qarşı düşmən mövqeyi bununla bitmir. İran narkotik qaçaqmalıçılığı hallarındanda istifadə etməklə vətəndaşlarımızı şantaj edərək öz casusuna çevirirlər.

Bu gün ölkəmizin hüquq-mühafizə orqanları İranın Azərbaycandakı casus şəbəkəsinin tamamilə zərərsizləşdirilməsi üçün çox prinsipial mövqe göstərməklə çox önəmli nəticələr əldə etməkdədir. Hesab edirəm ki, molla rejiminin mahiyyəti elə erməni faşizmi ilə eynidir. Sadəcə, İran bunu islam pərdəsi altında edir. Son olaraq qeyd etmək istərdim ki, Tehran rejiminin məkrli planın ifşa olunmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, insanlarımız da ayıq-sayıq olmalıdır. Birgə səyimiz nəticəsində İranın çirkin əməllərinə son qoyulacaqdır”.

0.14930105209351