Helikopterlərin toqquşması nəticəsində 9 əsgər həlak olub – ABŞ-də

 


ABŞ-nin Kentukki ştatındakı Fort-Kempbeldəki quru qoşunlarına məxsus bazada helikopterlərin qəzaya uğraması nəticəsində 9 hərbçi həlak olub.

Demokratikmusavat.com ” xəbər verir ki, ABŞ ordusunun 101-ci Hava Desant Diviziyasına məxsus “Black Hawk” helikopterləri çərşənbə günü axşam saatlarında gecə görmə qabiliyyətinin formalaşması uçuşları həyata keçirərkən toqquşaraq qəzaya uğrayıb. Nəticədə 9 əsgər ölüb.

Konqresdə çıxış edən ABŞ-nin ordu katibi Kristin Vormut hadisəni quru qoşunları üçün “ağır gün” adlandırıb.

Demokratikmusavat.com

0.14900803565979