Muharrem İnce prezident seçkilərində 3-cü namizəd oldu

 

Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədlik üçün lazım olan 100 min imzanı toplayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, o, bununla bağlı tviter hesabında paylaşım edib.

Paylaşımda vurğulanıb ki, Muharrem İnce mayın 14-ü keçiriləcək prezident seçkiləri üçün 100 min imzanı keçərək 3-cü namizəd olub.

Qeyd edək ki, martın 22-də Ali Seçki Şurası (YSK) prezidentlik üçün 11 namizədi müəyyən etdikdən sonra imzatoplama prosesinə start verib.

0.18183183670044