AVRO-2024: UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

 

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, o, AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Bolqarıstan - Monteneqro ilk tur matçında iş başında olacaq. Qarşılaşmada FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.
Sözügedən qarşılaşma martın 24-də keçiriləcək.

0.184898853302