Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının Laçın yolu ilə bağlı bəyanat layihəsini gündəliyə daxil etməyib.
Hakim partiyanın “Vətəndaş sazişi” fraksiyası səsvermədə iştirak etməyib və bəyanat layihəsi gündəliyə daxil edilməyib.
28 deputat (deputatların yarısından azı) lehinə səs verib.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı missiyasına tam dəstək ifadə edilir və onun mandatının uzadılmasının zəruriliyi qeyd olunurdu.
Mənbə: Sputnik Ermənistan