"Siz gəlin, uşaqları gətirməyin" - Yeni kraldan tacqoyma mərasimi ilə bağlı tapşırıq

 

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Böyük Britaniya kralı III Çarlzın 6 mayda baş tutacaq tacqoyma mərasiminə dəvət edilsə də, övladlarına icazə verilməyib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Dailymail” yazıb.

Saray rəsmiləri cütlüyün övladları Arçi və Lilibetin belə bir mərasim üçün çox balaca olduğunu düşünür.

Digər tərəfdən, 6 mayda Arçinin dörd yaşı tamam olur. Belə bir vəziyyətdə cütlüyün hansı addım atacağı maraqla gözlənilir.

Bundan əlavə, Harri və Meqan tacqoyma mərasiminə qatılsa da, Bukinqem sarayının balkonunda çəkiləcək ailə fotosunda yer alamayacaqlar.

Vəliəhd şahzadə Villiamın 9 və 8 yaşlı övladlarının isə mərasimdə iştirakı gözlənilir. 5 yaşlı şahzadə Luisin mərasimdə iştirakı isə sual altındadır.

Qeyd edək ki, böyük Britaniya kraliçası II Elizabetin ötən ilin sentyabrında vəfat etməsindən sonra tac onun 74 yaşlı oğlu Çarlza keçib.

Billurə

0.13337111473083