Taliban keçid məntəqəsinin mühafizləri zəhərlənib

 

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının azı 10 tərəfdarı ölkənin cənubunda yerləşən Hilmənd əyalətində zəhərlənmə nəticəsində ölüb.

"Demokratikmusavat.com" xəbər verir ki, hadisə cümə günü əyalətin mərkəzi hissəsində baş verib. Ən azı 10 radikal zəhərlənmiş yemək yeyib və tezliklə ölüblər, onların hamısı Taliban keçid məntəqəsini mühafizə edirdi.

Mənbə bunun planlaşdırılmış hadisə olduğunu iddia etsə də, insidentdə hansı təşkilatın əli ola biləcəyi barədə ətraflı məlumat verməyib.

Məlumata görə, Taliban tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələri Hilmənddə öz yaraqlılarının ölümünü təsdiq etmir və bunu gizlətməyə çalışırlar.

0.16876602172852