Paşinyanla Arutyunyan arasındakı danışıqların şok detalları

 

Martın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla xankəndindəki baş separatçı Araik Arutyunyan arasında çox gərgin bir görüş baş tutub. 

 “Demokratikmusavat.com ” “hraparak”a istinadən xəbər verir ki,  Arutyunyan yaxın çevrəsinə Paşinyanla keçirdiyi çətin görüşün  detalları barədə məlumat verib.

Bildirib ki, Paşinyan da  Bakının Xankəndindəki ermənilərə  ünvanladığı şərtləri təkrarlayıb.  “Paşinyanın fikrincə, Qarabağ erməniləri Azərbaycanla inteqrasiya olunmalı və onlarla anlaşaraq birgə yaşamalıdır. Bunun başqa alternativ yoxdur. Alternativ müharibədir. Bu da Qarabağ ermənilərinin  məhv edilməsi deməkdir”- Arutyunyan  bildirib.

Xankəndinə dönən Arutyunyan  ətrafına onu da bildirib ki,  artıq “prezident” vəzifəsində qalmaq istəmir. Maraqlıdır ki, dünən Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsi konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və müsbət nəticə verib.
Siyasi dairələrdə hesab edirlər ki, bu dəyişikliklər nəticəsində Arutyunyan “prezident”  kreslosunu başqasına vermək istəyir.

0.17700505256653