Bu ölkədə əcnəbi oyunçulara məhdudiyyət qoyula bilər

 

İngiltərə Futbol Federasiyası yerli çempionatlara böyük əcnəbi oyunçu axını ilə bağlı vəziyyətdən narahatdır. 

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, son iki transfer pəncərəsində əvvəlkindən iki dəfə çox əcnəbi futbolçu İngiltərəyə gəlib.

Mənbənin sözlərinə görə, idman qurumunun nümayəndələri ingilis futbolçuların komandalarda daha çox oyun keçirmələrini təmin etmək üçün Britaniya turnirlərinin tətbiqində əcnəbilərə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

Bundan əlavə, ötən həftə Premyer Liqada çıxış edən futbolçuların yalnız üçdə biri ingilis olub.

0.13742589950562