Almaniyada işgüzar səfərdə olan Nikol Paşinyan Almaniyanın kansleri Olaf Şolzla görüşdən sonra mətbuat nümayəndələri qarşında çıxış edib.
"Demokratikmusavat.com" xəbər verir ki, mətbuat konfransında alman jurnalist Nikol Paşinyandan “Ermənistanın Rusiyaya Avropa İttifaqının sanksiyalarından yayınmağa kömək edirmi?” sualını ünvanlayıb.
Lakin Nikol Paşinyan sualdan yayınaraq Almaniya ilə Ermənistan arasında olan ticarət dövriyyəsinə toxunub.
N.Paşinyan qeyd edib ki, Almaniyadan Ermənistana edilən ixracda artım var:
“Əgər 2021-ci ildəki ixrac rəqəmləri 178 milyon avro təşkil edibsə, 2022-ci ildə bu rəqəm 505 milyon avroya yüksəlib. Avropa İttifaqından həyata keçirilən ixrac isə 2021-ci ildəki 753 milyon avrodan 2022-ci ildə 1,3 milyard avroya qədər yüksəlib. İndi bu rəqəmlərin niyə artdığı məlum oldu!” – deyə Nikol Paşinyan cavab qeyd edib.