Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən geniş tərkibdə müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.
Belə ki, bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.