Azərbaycan və Rusiya xarici işlər nazirləri görüşür

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

“Demokratikmusavat.com ” xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

Xatırladaq ki, S.Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.

0.18746209144592