Putin özünə çox arxayındır, amma unudur ki… - MKİ şefi

 

Prezident Vladimir Putin ABŞ-nin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədə Kiyevi dəstəkləmək qərarını lazımınca qiymətləndirmir.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti əmindir ki, amerikalılarda “diqqət çatışmazlığı pozğunluğu” var və buna görə də onlar sonda “başqa məsələyə keçəcəklər”.

“Düşünürəm ki, Putin hazırda Ukraynanı məhv etmək qabiliyyətinə həddən artıq arxayındır”, - Börns qeyd edib. 

O vurğulayıb ki, “nə vaxtsa Putin artan xərclərlə, eləcə də səfərbərlik nəticəsində “ət maşınının ağzına atdığı” insanların tabutda evlərinə, Rusiyanın ən yoxsul bölgələrinə qayıtması faktı ilə üzləşməli olacaq.

“Unudur ki, bax o zaman hansı vəziyyətlə üzləşəcəyini unudur, vəziyyəti düzgün qiymətləndirmir”, - MKİ şefi qeyd edib. 

Mürtəza
Demokratikmusavat.com

0.17030882835388