Putin indi də rus xalqını şantaj edir: Qərb Rusiyanın parçalanma variantından niyə qorxur

 

Rusiya coğrafiyasından özünə pay qoparmaq niyyətində olan dövlətlər mövcuddur, "payçı dövlətlər" arasında ziddiyyətlər, "ölmüş ayının dərisinin dartışdırılması" son nəticədə yeni qlobal savaşı stimullaşdıracaq təhlükəli faktora çevrilə bilər... Prezident Vladimir Putinin iddialarının əksinə, Qərb hərbi-siyasi dairələrinin ən qorxunc variant hesab olunan Rusiyanın tamamilə parçalanmasına cəhd edəcəkləri hələlik o qədər də inandırıcı görünmür...
Ukrayna savaşı Rusiyanın gələcək taleyini müəyyən edə biləcək önəmli faktora çevrilməyə başlayıb. Kreml bu savaşa məhz Rusiyanın dünyada hegemon mövqeyə çıxarılması məqsədilə start vermişdi. Rusiya siyasi dairələri Ukrayna üzərində sürətli qələbə ehtimalına böyük şans kimi yanaşırdılar. Və hesab edirdilər ki, hərbi zəfər həm Rusiya sərhədlərini genişləndirəcək, həm də bütün dünyanın Kremldən ifadə edilməsi üçün geniş imkanlar açılacaq.

Ancaq Ukrayna savaşının başlanmasından ötən bir il ərzində tamamilə fərqli situasiya yarandı. Rusiya sürətli qələbə qazanmağa nail olmadı. Bu nəhəng ölkənin hərbi qüdrəti barədə mövcud olan miflər dağıldı. Kreml Ukrayna savaşına başlamaqla, Rusiyanın gələcək taleyini böyük risk altına atmış oldu. Ukrayna ərazisi Rusiya üçün "savaş bataqlığı"na çevrildi. Və indi Kreml dünya hegemonluğu deyil, Rusiyanın mövcudluğunu qorumaq barədə düşünmək məcburiyyətində qalıb.

Üstəlik, Rusiya üçün "savaş bataqlığı" hər ötən gün daha da dərinləşdirilir. Cəmisi bir il əvvəl bütün dünyaya hökm etmək planları quran Kreml indi tamamilə təcrid olunmuş vəziyyətdədir. Rusiya ilə bütün sahələr üzrə, o cümlədən də siyasi, iqtisadi və ticari əlaqələr demək olar ki, kəsilib. Kremlin geopolitik iradəsi Rusiya sərhədləri daxilinə sıxışdırılıb. Və Rusiyanın hərbi-siyasi rəhbərliyi hazırda Ukrayna savaşından çıxış yolları, sülh sazişi üçün imkanlar axtarmaq məcburiyyətində qalıb.

Halbuki, Rusiyanın beynəlxalq düşmənləri Kremlə belə imkanlar vermək niyyətindən çox-çox uzaq görünürlər. ABŞ və Qərb hesab edir ki, Rusiyanı Ukraynada "savaş bataqlığı"na salmaq mümkün olunsa, deməli, Kremllə bağlı bütün problemlər birdəfəlik həll olunmalıdır. Yəni, Qərb siyasi iradə mərkəzləri bu prosesi yarımçıq buraxmaq niyyətində deyillər, Rusiyanı elə "savaş bataqlığı"nda batırmağa çalışırlar.

ABŞ və Qərb Rusiya ilə sülh danışıqları ehtimalını yaxına belə, buraxmaq istəmir. Ukrayna prezidenti Volodimir Zelenski üzərindən Putin hakimiyyəti ilə sülh danışıqlarının aparılmayacağı bəyan edilir. Rusiya cəmiyyətinə prezident Vladimir Putinin hakimiyyətdən devrilməsinin vacibliyi ilə bağlı mesajlar ötürülür. Və mesajların əvvəl-axır həm Rusiya cəmiyyətində, həm də Kremldə ciddi ziddiyyətlərə, parçalanmalara yol aça biləcəyi də qətiyyən istisna deyil.

Əslində, Rusiya cəmiyyətində və siyasi dairələrində çatların mövcudluğu artıq tədricən sezilməyə başlayıb. Belə ki, Rusiyada Ukraynanın dəstəklənməsinə yönəlik kütləvi aksiyalar keçirilir. Generalitet parçalanıb, Rusiya hərbi dairələrində daxili ziddiyyətlərin olduğu bildirilir, prezident Vladimir Putinə qarşı narazılıq artır. Və bütün bunlar Rusiyanın tədricən süquta doğru yönəldiyini göstərir.

Maraqlıdır ki, son dövrlərdə ümumiyyətlə, Rusiyanın gələcək taleyi olduqca ciddi müzakirə mövzusudur. Bir müddət öncə hətta ABŞ və Qərbə qarşı mübarizədə Rusiyanın əsas tərəfdaşı sayılan Çinin dövlət telekanalında belə, Rusiya ərazisində yarana biləcək yeni ölkələrin xəritəsi təqdim olunmuşdu. Bu mövzu hazırda ABŞ və Avropanın təhlil mərkəzlərində ciddi şəkildə müzakirə olunmaqdadır. Yeni, dünya nəhəngləri Rusiyanın parçalanma ehtimalına hazırlığa başlamış kimi görünür.

Digər tərəfdən, bu mövzu və müzakirələr artıq Rusiya siyasi dairələrinə də sıçramağa başlayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu barədə açıq şəkildə danışır. Onun fikrincə, Rusiya dövləti və vətəndaşları Ukrayna savaşında qalib gəlmək üçün bütün potensialını hərəkətə gətirməlidir. Əks halda, Rusiyanın parçalanması qaçılmaz olacaq.

İndi Rusiya siyasi dairələri Ukrayna savaşını daha çox ölkənin mövcudluğunu qorumaq uğrunda mübarizə kimi təbliğ edirlər. Hətta dolayısı ilə Rusiyanın süquta uğrama təhlükəsinin təsəvvür ediləndən daha ciddi olduğunu qabardırlar. Halbuki, buna qədər Rusiyanin bütün düşmənləri ilə savaşıb, qalib gəlmək qüdrətinə sahib olduğu bildirilirdi.

Nə qədər qəribə də olsa, Rusiyanın prezidenti Vladimir Putin belə, indi artıq bu mövzudan ciddi narahatlıq ilə danışır. Kreml sahibi bildirib ki, ABŞ və Qərbin Rusiyanı və rus xalqını parçalamaq planları mövcuddur. Onun fikrincə, bu plan baş tutarsa, Rusiya və rus xalqı olmayacaq, əvəzində moskovitlər, urallılar və s. bu kimi adlar altında müxtəlif toplumlar yaranacaq. Bu, o deməkdir ki, Kreml sahibi Ukrayna savaşını rus xalqının olum-qalım məsələsi kimi təqdim etmək məcburiyyətindədir.

Belə anlaşılır ki, son vaxtlar Kremli Ukrayna savaşında məğlubiyyətdən daha çox, Rusiyanın dünya xəritəsindən silinmə təhlükəsi narahat edir. Kremldə belə bir təhlükənin real olduğuna artıq tamamilə ciddi yanaşırlar. Ona görə də, prezident Vladimir Putin Ukrayna savaşını Rusiya cəmiyyətinə vətən müharibəsi statusunda təbliğ edilməsinə çağırır. Halbuki, Kreml Ukrayna savaşını buna qədər müharibə adlandırmaqdan yayınırdı və termin olaraq, "xüsusi hərbi əməliyyat" tezisində israr edirdi.

Ancaq hazırda ABŞ və Qərbin Rusiyanı prezident Vladimir Putinin iddia etdiyi plan üzrə parçalamağa xüsusi həvəs göstərəcəyi də hələlik o qədər də inandırıcı görünmür. Çünki, variant Rusiya problemini birdəfəlik həll eləsə də, ABŞ və Qərb üçün də kifayət qədər problemlər vəd edir. Çünki Rusiya parçalanarsa, 20-25 yeni yaranacaq dövlət dünyada sülhə və sabitliyə ciddi təhdid rolunu oynaya bilər. Hər halda, belə yeni dövlətlərin bəziləri Rusiyanın nüvə potensialına sahiblənmiş olacaq. Böyük ehtimalla rus generalitetinın bəzi təmsilçiləri yeni dövlətlərin militarist liderləri sırasında təmsil olunacağı təqdirdə, nüvə silahı ilə bağlı mövzuda anlaşma problemləri yaranacaq. Hər halda, vaxtilə keçmiş SSRİ-dən öz payına düşmüş nüvə potensialını ABŞ və Qərbin istəyi ilə demontaj etmiş Ukraynanın təhlükəsizlik təminatı almasına baxmayaraq, işğala məruz qalması bundan sonra neqativ örnək rolunu oynayacaq.

Digər tərəfdən, Rusiya coğrafiyasının növbəti onilliklər boyu vətəndaş müharibəsi məkanına çevrilmə ehtimalı da olmamış deyil. Çünki milli-etnik zəmində ərazi mübahisələri keçmiş SSRİ-nin dağılmasından sonra olduğu kimi, Rusiyanın parçalanmasının ardından da onilliklər boyu davam edəcək münaqişə ocaqları yarada bilər. Və bu baxımdan, Rusiyanın parçalanması nəhəng bir coğrafiyada xaos vəd edir.

Təbii ki, bu sıraya Rusiya coğrafiyasında qaçılmaz ola biləcək humanitar fəlakəti əlavə etmək lazımdır. Çünki belə bir nəhəng dövlətin dağılmasından sonra aclıq və səfalət mərhələsi qaçılmazdır. Aclıqdan, səfalətdən, xaosdan və uzunmüddətli silahlı münaqişələrdən qaçan milyonlarla insanın Avropa məkanına üz tutması, yeni humanitar böhran yaratması da tamamilə realdır.

Nəhayət, parçalanma halında Rusiya coğrafiyasından özünə pay qoparmaq niyyətində olan dövlətlərin mövcudluğu da ayrıca bir problemdir. Çünki Rusiyanın bölüşdürülməsi prosesində "payçı dövlətlər" arasında da ziddiyyətlər hərbi toqquşmalara yol aça bilər. Yəni, "ölmüş ayının dərisinin dartışdırılması" son nəticədə yeni qlobal savaşı stimullaşdıra biləcək faktordur. Bütün bunları nəzərə aldıqda, prezident Vladimir Putinin iddialarının əksinə, Qərb hərbi-siyasi dairələrinin Rusiyanın tamamilə parçalanmasına cəhd göstərəcəkləri hələlik o qədər də inandırıcı görünmür. Əksinə, Rusiyanın parçalanma ehtimalı ən qorxunc variant hesab olunur.Rusiya coğrafiyasından özünə pay qoparmaq niyyətində olan dövlətlər mövcuddur, "payçı dövlətlər" arasında ziddiyyətlər, "ölmüş ayının dərisinin dartışdırılması" son nəticədə yeni qlobal savaşı stimullaşdıracaq təhlükəli faktora çevrilə bilər... Prezident Vladimir Putinin iddialarının əksinə, Qərb hərbi-siyasi dairələrinin ən qorxunc variant hesab olunan Rusiyanın tamamilə parçalanmasına cəhd edəcəkləri hələlik o qədər də inandırıcı görünmür...
Ukrayna savaşı Rusiyanın gələcək taleyini müəyyən edə biləcək önəmli faktora çevrilməyə başlayıb. Kreml bu savaşa məhz Rusiyanın dünyada hegemon mövqeyə çıxarılması məqsədilə start vermişdi. Rusiya siyasi dairələri Ukrayna üzərində sürətli qələbə ehtimalına böyük şans kimi yanaşırdılar. Və hesab edirdilər ki, hərbi zəfər həm Rusiya sərhədlərini genişləndirəcək, həm də bütün dünyanın Kremldən ifadə edilməsi üçün geniş imkanlar açılacaq.

Ancaq Ukrayna savaşının başlanmasından ötən bir il ərzində tamamilə fərqli situasiya yarandı. Rusiya sürətli qələbə qazanmağa nail olmadı. Bu nəhəng ölkənin hərbi qüdrəti barədə mövcud olan miflər dağıldı. Kreml Ukrayna savaşına başlamaqla, Rusiyanın gələcək taleyini böyük risk altına atmış oldu. Ukrayna ərazisi Rusiya üçün "savaş bataqlığı"na çevrildi. Və indi Kreml dünya hegemonluğu deyil, Rusiyanın mövcudluğunu qorumaq barədə düşünmək məcburiyyətində qalıb.

Üstəlik, Rusiya üçün "savaş bataqlığı" hər ötən gün daha da dərinləşdirilir. Cəmisi bir il əvvəl bütün dünyaya hökm etmək planları quran Kreml indi tamamilə təcrid olunmuş vəziyyətdədir. Rusiya ilə bütün sahələr üzrə, o cümlədən də siyasi, iqtisadi və ticari əlaqələr demək olar ki, kəsilib. Kremlin geopolitik iradəsi Rusiya sərhədləri daxilinə sıxışdırılıb. Və Rusiyanın hərbi-siyasi rəhbərliyi hazırda Ukrayna savaşından çıxış yolları, sülh sazişi üçün imkanlar axtarmaq məcburiyyətində qalıb.

Halbuki, Rusiyanın beynəlxalq düşmənləri Kremlə belə imkanlar vermək niyyətindən çox-çox uzaq görünürlər. ABŞ və Qərb hesab edir ki, Rusiyanı Ukraynada "savaş bataqlığı"na salmaq mümkün olunsa, deməli, Kremllə bağlı bütün problemlər birdəfəlik həll olunmalıdır. Yəni, Qərb siyasi iradə mərkəzləri bu prosesi yarımçıq buraxmaq niyyətində deyillər, Rusiyanı elə "savaş bataqlığı"nda batırmağa çalışırlar.

ABŞ və Qərb Rusiya ilə sülh danışıqları ehtimalını yaxına belə, buraxmaq istəmir. Ukrayna prezidenti Volodimir Zelenski üzərindən Putin hakimiyyəti ilə sülh danışıqlarının aparılmayacağı bəyan edilir. Rusiya cəmiyyətinə prezident Vladimir Putinin hakimiyyətdən devrilməsinin vacibliyi ilə bağlı mesajlar ötürülür. Və mesajların əvvəl-axır həm Rusiya cəmiyyətində, həm də Kremldə ciddi ziddiyyətlərə, parçalanmalara yol aça biləcəyi də qətiyyən istisna deyil.

Əslində, Rusiya cəmiyyətində və siyasi dairələrində çatların mövcudluğu artıq tədricən sezilməyə başlayıb. Belə ki, Rusiyada Ukraynanın dəstəklənməsinə yönəlik kütləvi aksiyalar keçirilir. Generalitet parçalanıb, Rusiya hərbi dairələrində daxili ziddiyyətlərin olduğu bildirilir, prezident Vladimir Putinə qarşı narazılıq artır. Və bütün bunlar Rusiyanın tədricən süquta doğru yönəldiyini göstərir.

Maraqlıdır ki, son dövrlərdə ümumiyyətlə, Rusiyanın gələcək taleyi olduqca ciddi müzakirə mövzusudur. Bir müddət öncə hətta ABŞ və Qərbə qarşı mübarizədə Rusiyanın əsas tərəfdaşı sayılan Çinin dövlət telekanalında belə, Rusiya ərazisində yarana biləcək yeni ölkələrin xəritəsi təqdim olunmuşdu. Bu mövzu hazırda ABŞ və Avropanın təhlil mərkəzlərində ciddi şəkildə müzakirə olunmaqdadır. Yeni, dünya nəhəngləri Rusiyanın parçalanma ehtimalına hazırlığa başlamış kimi görünür.

Digər tərəfdən, bu mövzu və müzakirələr artıq Rusiya siyasi dairələrinə də sıçramağa başlayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu barədə açıq şəkildə danışır. Onun fikrincə, Rusiya dövləti və vətəndaşları Ukrayna savaşında qalib gəlmək üçün bütün potensialını hərəkətə gətirməlidir. Əks halda, Rusiyanın parçalanması qaçılmaz olacaq.

İndi Rusiya siyasi dairələri Ukrayna savaşını daha çox ölkənin mövcudluğunu qorumaq uğrunda mübarizə kimi təbliğ edirlər. Hətta dolayısı ilə Rusiyanın süquta uğrama təhlükəsinin təsəvvür ediləndən daha ciddi olduğunu qabardırlar. Halbuki, buna qədər Rusiyanin bütün düşmənləri ilə savaşıb, qalib gəlmək qüdrətinə sahib olduğu bildirilirdi.

Nə qədər qəribə də olsa, Rusiyanın prezidenti Vladimir Putin belə, indi artıq bu mövzudan ciddi narahatlıq ilə danışır. Kreml sahibi bildirib ki, ABŞ və Qərbin Rusiyanı və rus xalqını parçalamaq planları mövcuddur. Onun fikrincə, bu plan baş tutarsa, Rusiya və rus xalqı olmayacaq, əvəzində moskovitlər, urallılar və s. bu kimi adlar altında müxtəlif toplumlar yaranacaq. Bu, o deməkdir ki, Kreml sahibi Ukrayna savaşını rus xalqının olum-qalım məsələsi kimi təqdim etmək məcburiyyətindədir.

Belə anlaşılır ki, son vaxtlar Kremli Ukrayna savaşında məğlubiyyətdən daha çox, Rusiyanın dünya xəritəsindən silinmə təhlükəsi narahat edir. Kremldə belə bir təhlükənin real olduğuna artıq tamamilə ciddi yanaşırlar. Ona görə də, prezident Vladimir Putin Ukrayna savaşını Rusiya cəmiyyətinə vətən müharibəsi statusunda təbliğ edilməsinə çağırır. Halbuki, Kreml Ukrayna savaşını buna qədər müharibə adlandırmaqdan yayınırdı və termin olaraq, "xüsusi hərbi əməliyyat" tezisində israr edirdi.

Ancaq hazırda ABŞ və Qərbin Rusiyanı prezident Vladimir Putinin iddia etdiyi plan üzrə parçalamağa xüsusi həvəs göstərəcəyi də hələlik o qədər də inandırıcı görünmür. Çünki, variant Rusiya problemini birdəfəlik həll eləsə də, ABŞ və Qərb üçün də kifayət qədər problemlər vəd edir. Çünki Rusiya parçalanarsa, 20-25 yeni yaranacaq dövlət dünyada sülhə və sabitliyə ciddi təhdid rolunu oynaya bilər. Hər halda, belə yeni dövlətlərin bəziləri Rusiyanın nüvə potensialına sahiblənmiş olacaq. Böyük ehtimalla rus generalitetinın bəzi təmsilçiləri yeni dövlətlərin militarist liderləri sırasında təmsil olunacağı təqdirdə, nüvə silahı ilə bağlı mövzuda anlaşma problemləri yaranacaq. Hər halda, vaxtilə keçmiş SSRİ-dən öz payına düşmüş nüvə potensialını ABŞ və Qərbin istəyi ilə demontaj etmiş Ukraynanın təhlükəsizlik təminatı almasına baxmayaraq, işğala məruz qalması bundan sonra neqativ örnək rolunu oynayacaq.

Digər tərəfdən, Rusiya coğrafiyasının növbəti onilliklər boyu vətəndaş müharibəsi məkanına çevrilmə ehtimalı da olmamış deyil. Çünki milli-etnik zəmində ərazi mübahisələri keçmiş SSRİ-nin dağılmasından sonra olduğu kimi, Rusiyanın parçalanmasının ardından da onilliklər boyu davam edəcək münaqişə ocaqları yarada bilər. Və bu baxımdan, Rusiyanın parçalanması nəhəng bir coğrafiyada xaos vəd edir.

Təbii ki, bu sıraya Rusiya coğrafiyasında qaçılmaz ola biləcək humanitar fəlakəti əlavə etmək lazımdır. Çünki belə bir nəhəng dövlətin dağılmasından sonra aclıq və səfalət mərhələsi qaçılmazdır. Aclıqdan, səfalətdən, xaosdan və uzunmüddətli silahlı münaqişələrdən qaçan milyonlarla insanın Avropa məkanına üz tutması, yeni humanitar böhran yaratması da tamamilə realdır.

Nəhayət, parçalanma halında Rusiya coğrafiyasından özünə pay qoparmaq niyyətində olan dövlətlərin mövcudluğu da ayrıca bir problemdir. Çünki Rusiyanın bölüşdürülməsi prosesində "payçı dövlətlər" arasında da ziddiyyətlər hərbi toqquşmalara yol aça bilər. Yəni, "ölmüş ayının dərisinin dartışdırılması" son nəticədə yeni qlobal savaşı stimullaşdıra biləcək faktordur. Bütün bunları nəzərə aldıqda, prezident Vladimir Putinin iddialarının əksinə, Qərb hərbi-siyasi dairələrinin Rusiyanın tamamilə parçalanmasına cəhd göstərəcəkləri hələlik o qədər də inandırıcı görünmür. Əksinə, Rusiyanın parçalanma ehtimalı ən qorxunc variant hesab olunur.(Yeni Müsavat)

0.13780403137207