Ramil Şeydayev “Qarabağ”dan ayrılır...

 
Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda indiki klubundan ayrılmağa yaxındır.
 
O, yeni müqavilə təklifinə hələ də cavab verməyib. Odur ki, Ağdam təmsilçisində qalmağa da qərar verə bilər.
 
Ancaq Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür.
 
Bildirilir ki, onu “Neftçi” də rənglərinə bağlamaqda israrlıdır. 
 
Cari mövsüm hədəflərindən uzaq görünən bakılıların əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayını artırmaqdır. və bu üzdən milli üzvünün heyətə qatılması flaqmanın idarəçiləri üçün prioritet hədəfdir.
 
“Ağ-qaralar”ın yüksək maddi şərtlər fonunda uzunmüddətli əməkdaşlıq istəyi isə Ramil üçün yetərincə cəlbedicidir.(fanat.az).
0.15585517883301