"Dövlət orqanları bu kimi hadisələrə biganə qalmır..." - Bahar Muradova

 

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların məişət zorakılığına məruz qalması məsələlərində digər əlaqədar dövlət qurumları ilə birgə fəaliyyət həyata keçirir”.

Demokratikmusavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitə sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır:

“Əmin olun ki, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Əlbəttə ki, cəmiyyətimiz də bu kimi məişət zorakılığı məsələlərində vahid mövqe sərgiləməlidir. Qadınlar və uşaqlar öz evində öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalı, onlarım həyatına qəsd edilməməlidir”.

“Təəssüf ki, bu hədəfə çatmaq yolunda bir sıra maneələr var. Bu maneələri isə bir yerdə dəf etməyə çalışmalıyıq”, - deyə o əlavə edib.

0.13539886474609