Pakistanda bazarda partlayış - Ölən və yaralananlar var

 

Pakistanın Bəlucistan əyalətində bazara bombalı hücum olub.

“Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Səlahiyyətlilər əyalətin Barxan rayonunda motosikletə yerləşdirilən bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığını bildiriblər.

Hələlik hücuma görə məsuliyyəti heç kimin üzərinə götürmədiyi qeyd olunub.

0.13341307640076